Pakistanda sel: 120 mindən çox insan təxliyə olunub, 3900 kənd su altında qalıb

Pakistanın şərqindəki Pəncab əyalətində güclü yağış sel və daşqınlar yaradıb.
Nəticədə son 24 saat ərzində 120 mindən çox insan bölgədən təxliyə olunub.
Pəncabın yerli hökumətindən bildirilib ki, təxliyə olunan insanların yerləşdrilməsi üçün çadır düşərgələri qurulur: “Təəssüf ki, son aylar artan yağışlar səbəbindən 2,2 milyon insan evərindən köçmək məcburiyyətində qalıb. Dünəndən bu günə qədər isə 120 mindən çox insanı təhlükəsiz ərazilərə köçürdük. İndiyə qədər 3900-dən çox kənd su altında qalıb”.